Güzgümüz float şüşə üzərinə gümüş örtük və qoruyucu boya qatları ilə istehsal olunur — təhrifsiz əks, korroziyaya davamlı arxa səth. Şkaf qapaqları, koridor və hamam güzgüləri, idman zalları və vitrinlər üçün ölçüyə görə kəsirik.
Kənar emalı (cilalama), deşik açma və qeyri-standart formalar sifarişlə mümkündür. Ölçüləri göndərin — qiymət təklifi bir iş günü ərzində hazır olur.
Üstünlüklər
- Təhrifsiz əks
- Korroziyaya davamlı arxa
- Kənar cilalama
- Qeyri-standart formalar
İstifadə sahələri
- Şkaf və mebel
- Hamam
- İdman və rəqs zalları
- Vitrin və interyer