Şəffaf float şüşə (istehsalatda «ağ sadə») ən çox istifadə olunan şüşə növüdür: yüksək işıq keçiriciliyi, düz və optik təhrifsiz səth, hər qalınlıqda sabit keyfiyyət. Pəncərə və qapı istehsalçıları üçün şüşə paketinin əsas tərkib hissəsi, interyer üçün isə arakəsmə, rəf və vitrin materialıdır.
Anbarımızda 3210 × 2250, 3210 × 2550 və 1605 × 2550 mm list formatları saxlanılır. Sifarişçinin ölçülərinə görə CNC kəsim masasında kəsilir; kəsim planı proqramla optimallaşdırıldığı üçün itki minimuma enir və qiymət dəqiq hesablanır.
Bütün qalınlıqlar temperləmə və şüşə paketi yığımı üçün uyğundur — eyni sifarişdə kəsim, temper və paketləmə xidmətini birlikdə ala bilərsiniz.
Üstünlüklər
- Yüksək işıq keçiriciliyi
- Optik təhrifsiz düz səth
- 6 qalınlıq anbarda hazır
- Temper və paketləmə üçün uyğun
İstifadə sahələri
- PVC və alüminium pəncərələr
- Qapı və arakəsmələr
- Vitrin və şkaf qapaqları
- Mebel və rəflər