Rəngli şüşə kütlədə boyanmış float şüşədir — rəng səthdə deyil, şüşənin özündədir, ona görə cızılmır və solmur. Günəş istiliyini və parıltını azaldır, binaya vahid fasad görünüşü verir.
Dörd standart rəngdə istehsal edirik: qara (füme), qəhvəyi (bronza), yaşıl və göy. Rəngli şüşə tək lövhə, temperlənmiş və ya şüşə paketinin xarici lövhəsi kimi istifadə oluna bilər. Güzgü effekti lazımdırsa, reflex şüşəyə baxın.
Üstünlüklər
- Rəng kütlədədir — solmur
- Günəş istiliyini azaldır
- Parıltını azaldır
- 4 standart rəng
İstifadə sahələri
- Fasad şüşələnməsi
- Ofis və ticarət pəncərələri
- Balkon və lociya
- İnteryer və mebel