Temperlənmiş şüşə float şüşənin ~650 °C-yə qədər qızdırılıb sürətlə soyudulması ilə alınır. Nəticədə şüşə adi şüşədən 4–5 dəfə möhkəm olur, temperatur fərqinə dözür və qırıldıqda kəsici olmayan kiçik dənəciklərə parçalanır — bu, təhlükəsizlik şüşəsi standartıdır.
Vacib: bütün kəsim, deşik və kənar emalı temperləmədən ƏVVƏL aparılır; temperlənmiş şüşəni sonradan kəsmək mümkün deyil. Ona görə sifarişdə dəqiq ölçülər və deşik yerləri göstərilməlidir.
Şəffaf, mat, rəngli və reflex şüşələri temperləyirik; temperlənmiş lövhələr şüşə paketinə də yığılır. Ətraflı: Temperlənmiş şüşə nədir.
Üstünlüklər
- 4–5 dəfə möhkəm
- Təhlükəsiz qırılma
- Temperatur fərqinə davamlı
- Deşik və kənar emalı
İstifadə sahələri
- Şüşə qapılar
- Ofis arakəsmələri
- Duş kabinələri
- Fasad, məhəccər, mebel